Ana səhifə / Media / Krediti götürən deyil, zamin cəzalandırıldı – VİDEO

Krediti götürən deyil, zamin cəzalandırıldı – VİDEO

Kredit borclarına görə zamin duran şəxslərin problemləri ilə bağlı dəfələrlə xəbər vermişik. Növbəti xəbərimizin qəhramanı da zamin durduğu üçün çətinə düşüb. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir. Məsələ burasındadır ki, borc sahibi və zaminə heç bir xəbərdarlıq edilmədən onun barəsində borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Belə ki, İsmayıl Ömərov kredit götürən yaxın qohumuna zamin durub. Lakin bir müddət sonra borcun onun tərəfindən ödənilməsi ilə bağlı evinə məhkəmə qərarı gəlib. İsmayıl Ömərov deyir ki, ödənişin gecikməsi, işin məhkəməyə verilməsi ilə bağlı indiyədək ona nə bank tərəfindən nə də məhkəmə tərəfindən heç bir xəbərdarlıq edilməyib. Onun yalnız sonda məhkəma qərarı təqdim edilib.

İsmayıl Ömərovun dediklərinə görə krediti götürən şəxsin özünə belə xəbərdalıq edilməyib.

Ümumiyyətlə həmin şəxs kredit borcunu gecikdirməsi nəticəsində nə bank, nədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq edilmədən zamin duran şəxs barəsində məhkəmə qətnaməsi qəbul edib. Hüquqşünaslar isə bildirirlər ki, əslində bu ilk növbədə krediti götürən və zamin duran şəxslə bank arasında bağlanan müqavilə ilə tənzimlənir. Yəni əgər müqaviəldə əksini tapıbsa bank vətəndaşı xəbərdar etmədən belə prosesi məhkəmə müstəvisinə keçirə bilər. Amma məhkəmə səviyyəsində proses bir qədər fərqlidir.

İş burasındadır ki, qərar artıq icraya yönəldilib. Bu isə kredit götürən və zaminin üzərinə əlavə 7 faiz ödəmə hökmü qoyur. Halbuki onlar vaxtında xəbərdar edilsəydilər və 10 gün ərzində ödənişə başlasaydılar həmin yeddi faizi ödəməyəcəkdilər. Amma zaminin problemləri bununla da bitmir.

Bütün bunlardan çıxarılan nəticə isə budur ki, zamin durarkən əməlli başlı fikirləşmək lazımdır. Çünki daşıdığınınz məsuliyyət heç də krediti götürəndən az deyil.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın