Ana səhifə / Media / Koronavirus Jurnalistlər binasına da ölüm gətirdi — FOTO

Koronavirus Jurnalistlər binasına da ölüm gətirdi — FOTO

Bakının Bibiheybət qəsəbəsində yerləşən birinci “Jurnalistlər binası”nda koronavirusdan ölüm hadisəsi baş verib.


Konkret.az xəbər verir ki, bu barədə bina sakinləri bildiriblər.


Belə ki, “Jurnalistlər binası”nın bir müddət öncə koronoavirus infeksiyasına yoluxmuş sakini, tanınmış fotoqraf, Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin Fotoillustrasiya şöbəsinin müdiri olmuş Fərman Bağırov həyatını itirib…


Bildirilir ki, mərhumun həyat yoldaşı da koronavirusdan əziyyət çəkir.


Qeyd edək ki, F.Bağırov 1936-cı ildə Bakıda anadan olub.


O, əmək fəaliyyətinə “Kommunist” qəzetində başlayıb, sonralar işini Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində davam etdirib…


F.Bağırov son vaxtlaradək “Azərbaycan” qəzetində Fotoillustrasiya şöbəsinin müdiri olub. Jurnalistikadakı xidmətləri 1969-cu ildə Ali Sovetin Fəxri fərmanı, “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə mükafatlandırılıb. Bir çox sərgi və müsabiqədə iştirak edərək diplom və fəxri fərmanlar alıb. 2005-ci ildə Prezident  İlham Əliyev tərəfinfən “Tərəqqi” medalı  ilə təltif edilib.


84 yaşlı F.Bağırov bir neçə ay öncə təqaüdə çıxıb.


Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …