Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Koroğlu”dakı avtobus dayanacaqlarının yeri dəyişdirilir

“Koroğlu”dakı avtobus dayanacaqlarının yeri dəyişdirilir

“Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq.

Məqsəd, paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.

Dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi mütəxəsisslərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin, bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat löhvələrinin yerləşdirilməsinə başlanılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın