Ana səhifə / Media / Komitə sədri Sabirabadda vətəndaşlarla görüşəcək

Komitə sədri Sabirabadda vətəndaşlarla görüşəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sabirabad rayonunda vətəndaşlarla görüş keçirəcək.

Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş mayın 30-da saat 11:00-da Heydər Əliyev adına mərkəzdə olacaq.

Görüşdə Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatli, Salyan, Hacıqabul, Sabirabad rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Burada vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.

Görüşdən sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sabirabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın