Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Media / Komitə rüsumdan yayınan sahibkarların siyahısını yaydı

Komitə rüsumdan yayınan sahibkarların siyahısını yaydı

Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son illərdə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və digər yeni tətbiqlərin idxal-ixrac əməliyyatlarının stimullaşdırılmasında və bu sahədə şəffaflığın artırılmasındakı rolu danılmazdır. Lakin gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

DGK-nin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Buna görə də dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və görüləcək.

Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Cədvəldən də göründüyü kimi, ümumilikdə 384 min 346,89 ABŞ dolları, 18 min 855,18 avro və 40 min 331,72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı İnvoysda göstərilən qiymət Real qiymət Fərq
1 “İmperial Ceramic Centre” MMC 14545,14

AVRO

33400,32 AVRO 18855.18

AVRO

2 Mamedov Məmməd Oktay oğlu 62196

ABŞ dolları

290830

AVRO

251642.89

ABŞ dolları

3 “Prestij-S.E” MMC 1792.80

ABŞ dolları

14566

AZN

11139.77992

AZN

4 Seyidquliyev Rövşən Arif oğlu 26720

ABŞ dolları

50050

ABŞ dolları

23330

ABŞ dolları

5 “Vitol-L Group” MMC 42000

ABŞ dolları

88200

ABŞ dolları

46200

ABŞ dolları

6 Abbasov şənlik Fəxrəddin oğlu 25896

ABŞ dolları

55960

ABŞ dolları

30064

ABŞ dolları

7 “Avrosof” MMC 41890

ABŞ dolları

75000

ABŞ dolları

33110

ABŞ dolları

8 LOTOS-2016 MMC” 31375.4 AZN 60567.35 AZN 29191.95 AZN

Həmçinin oxuyun

Jurnalistin şantajla bağlı şikayəti əsassız olduğu üçün rədd edilib

Bir neçə ay bundan əvvəl “Sputnik” informasıya agentliyində muxbir işləyən, Jurnalist İradə Cəlil Baş prokurorluq …

Bir cavab yazın