Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Komitə azyaşlı qızlar və oğlanlarla bağlı tükürpədici FAKTLAR açıqladı

Komitə azyaşlı qızlar və oğlanlarla bağlı tükürpədici FAKTLAR açıqladı

“2014-cü ildə yetkinlik yaşına çatmıyan qızlara qarşı 5 zorlanma faktı olub”. Bu sözləriModern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib. O qeyd edib ki, təcavüzə məruz qalan qızlar 16 yaşdan yuxarı olanlardır.

“2015-cü ilin birinci rübündə bu cür fakt qeydə alınmayıb. Bu il mayın 28-də Bakının Pirallahı rayonunda 5 yaşlı qızın zoralnması faktı ikinci rübdə baş verib. İkinci rübün statistikası təqdim olunmadığı üçün bu haqda məlumat vermək mümkün deyil”.

P.Əliyev bu cür halların başqa ölkələrlə müqayisədə bizdə az müşahidə edilyini bildirib.

“Digər ölkələrdən fərqli olaraq bizdə bu rəqəm azdır. Ümumiyyətlə, medianın, cəmiyyətin bu cür hadisələrlə həssaslıqla yanaşması da müsbət haldır”.

Komitə rəsmisi bildirib ki, ailə münaqişəsi zəminində yetkinlik yaşına çatmayanlara qarşı 2014-cü ildə 27 fiziki zorakılıq halı müşahidə edilib.

O, ötən ildə fiziki zorakılığa məruz qalmış uşaqlardan birinin öldüyünü vurğulayıb.

“Bu qız uşağı olub. 2013-cü ildə isə 26 belə hal müşahidə edilib. 2015-ci ilin birinci rübündə isə biz 1 fakt aşkarlamışıq”.

P.Əliyev ailə münaqişəsi zəminində daha çox oğlan uşaqlarının fiziki zorakılığa məruz qaldıqlarını qeyd edib.

“Aşkarlanan bu faktlar nəticəsində cinayət işi açılıb. Lakin bu, tam reallığı əks etdirmir. Bu rəqəmlər yalnız barəsində cinayət işi açılanlardır. Çünki ailə daxilində fiziki zorakılığa məruz qalıb, lakin bu haqda heç bir dövlət qurumuna məlumat verilməyən hallar da var. Uşaq özü və ya yaxın ətrafının müraciəti əsasında bu cür hallar aşkarlanır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın