Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Kolbasa sexləri rayonlardan leş yığır – SOS

Kolbasa sexləri rayonlardan leş yığır – SOS

Respblikamızın Aran rayonlarında dabaq xəstəliyi yenidən artıb. Bərdə rayonunda xeyli heyvan xəstəlikdən tələf olub. Ölmüş heyvanlar isə əhalidən toplanılaraq aparılır. Deyilənə görə, onları kolbasa sexlərinə verirlər.

Azinforum.az modern.az-a istinadən bildirir ki, bu barədə redaksiyamıza Bərdə rayonundan olan oxucumuz məlumat verib.

Məlumata görə, Bərdə rayonu ilə yanaşı Goranboy rayonunda da mal-qara arasında dabaq xəstəliyi yayılıb.

Qeyd edək ki, bir müddət öncə də bir sıra bölgələrdə dabaq xəstəliyinin artması ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparıldığını açıqlamışdı.

Mövzunu diqqətdə saxlayacayıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın