Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Köhnə Günəşlinin köhnə zibilliyi: tullantıları bura gecə maşınlarla boşaldırlar

Köhnə Günəşlinin köhnə zibilliyi: tullantıları bura gecə maşınlarla boşaldırlar

Bakının Xətai rayonundakı “Köhnə Günəşli” adlanan ərazidə ən mənzərəli hissə böyük zibilliyə çevrilib. Qəsəbənin Səməd bəy Mehmandarov küçəsi boyunca yerləşən zibillik şəhərin mənzərəsini korlamaqla yanaşı, həm də yaxınlıqda yaşayan insanlar üçün təhlükə mənbəyidir.

Burada köhnə divandan, məişət avadanlıqlarından tutmuş, ərzaq qırıntılarına, heyvan içalatına qədər hər şeyə rast gəlmək mümkündür. Zibilliyin daimi sakinləri isə sürü ilə dolaşan sahibsiz itlərdir.

Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, dəfələrlə müvafiq dövlət orqanlarına bu zibillərin yığışdırılması üçün müraciətlər etsələr də, ərizələri cavabsız qalıb. Həm də bura zibilləri qəsəbə sakinləri tökmür, kimin tökməsindən də xəbərsizdirlər:

“5 ildən yuxarıdır ki, küçənin alt tərəfi nəhəng zibilliyə çevrilib. Biz dəfələrlə şikayət etmişik ki, belə gözəl mənzərəli yeri xarabaya çevirməsinlər. Amma baxan yoxdur. İş orasındadır ki, qəsəbədə zibil yeşikləri var və hər kəs zibili ora atır, bu zibilliyə bir sakin də zibil atmır. Bilmirik, buranı xaraba qoyanlar kimlərdir. Zibilləri gecə xəlvət böyük yük maşınları ilə gətirib tökürlər”, – deyə yaxınlıqda yaşayan Əsmət Abdullayeva bildirir.

Sakinlər deyirlər ki, yayda üfunətdən mənzillərinin pəncərəsini aça bilmirlər. Zir-zibil üst-üstə illərlə yığılıb qaldığından, bura həm də ağcaqanadların məskənidir. Digər tərəfdən də sahibsiz küçə itləri zibilliyi dolandığından hava qaralanda bu yolu keçmək təhlükəlidir.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın