Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Köçkünlər “plitka”nı taxıb, sonra pəncərəni açıq qoyurdular” – Hadı Rəcəbli

“Köçkünlər “plitka”nı taxıb, sonra pəncərəni açıq qoyurdular” – Hadı Rəcəbli

“Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.
Azinforum.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında həmin komitənin sədri Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib.
Hadı Rəcəbli bildirib ki, bu sərəncam israfçılığın qismən də olsa qarşısını ala bilər.
“Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmri alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur”.
Komitə sədri bildirib ki, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək.
“Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın