Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / KİVDF rəhbəri ilə görüşdə idman mediasının vəziyyəti müzakirə olundu

KİVDF rəhbəri ilə görüşdə idman mediasının vəziyyəti müzakirə olundu

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılovla Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev arasında görüş olub.

AİJF-dən “Report”a verilən məlumata görə, görüşdə idman mediasının bugünkü vəziyyəti müzakirə olunub.

Q.Mehdiyev KİVDF rəhbərinə bu sahədə olan problemlər barədə məlumat verib və bildirib ki, ölkədə KİV-in ən böyük qollarından sayılan idman mediasının dövlət dəstəyinə ehtiyacı var.

Görüş zamanı idman mediasının problemlərinin çıxış yolları, gələcəkdə iki qurum arasında əməkdaşlıq, eləcə də idman mediasını narahat edən məsələlərin birgə həlli müzakirə edilib.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …