Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / KİVDF qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib

KİVDF qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2021-ci ilin I yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

KİVDF-dən verilən məlumata Fondun Müşahidə Şurasının iclasında qəzet redaksiyalarının maliyyələşdirilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Beləliklə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Sənəd qəbulu 10 dekabr 2020-ci il tarixindən başlanır və 24 dekabr 2020-ci il tarixində saat 18:00-da bitir.

Müsabiqədə aşağıda göstərilən videotəlimata uyğun olaraq mib.kivdf.gov.az portalında qeydiyyatdan keçməklə və ya sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etməklə iştirak edə bilərsiniz.

Ətraflı məlumatı kivdf.gov.az saytından əldə etmək olar.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …