Cümə , Aprel 19 2024
Ana səhifə / Media / KİV haqqında qanun dəyişdirilməlidir – YAP RƏSMİSİ

KİV haqqında qanun dəyişdirilməlidir – YAP RƏSMİSİ

“Kütləvi informasiya vasitələri haqqında” qanuna yeniliklər edilməlidir.

Azinforum.az-ın Eməlumatına görə, bunu deputat, Yeni Azəraycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib.

S.Novruzov qeyd edib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları, milli adət-ənələri pozurlar.

Deputat vurğulayıb ki, bunların qarşısını almaq üçün yeganə yol qanunvericlikdir: “Vətəndaşın aşağılanması, dövlətin əleyhinə fikirlər söyləmək, dövlət çevrilişinə çağırışlar, istənilən adamın istənilən fikri söyləməsi, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub. Müzakirə olunmalıdır ki, bu məsələ necə həll olun. Azərbaycanda adət ənənə olub. İndi 5-10 nəfərin ortaya düşüb dövlətçilik haqqında, dövlət qurucusu haqqında ağızlarına gələni danışır. Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz. Onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”.

Spkier Oqtay Əsədov isə bildirib ki, S. Novruzovun dediyində həqiqət var: “Ulu öndər Heydər Əliyev dedi ki, mətbuatda şərəf və ləyaqətə toxunmağa görə məsuliyyətə cəlb etməyək, ancaq indi təhqirə keçiblər. Bu məsələni oturub müzakirə etmək, qarşısını almağın yollarını fikirləşmək lazımdır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …