Ana səhifə / Media / Kirayə ev axtaranların nəzərinə – Bahalaşacaq

Kirayə ev axtaranların nəzərinə – Bahalaşacaq

İqtisadi ekspert Vüqar Bayramov sentyabrda mənzillərin qiymətinin qalxması ilə bağlı məsələyə aydınlıq gətirib.

Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar son 4 ildə daimi olaraq mətbuata sızdırılır:

“Amma nə qiymət, nə də mənzil alanların sayı artır. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olaraq “qiymət artımları” baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz olsun. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylar, hətta illərdir alıcısını tapa bilmir”.

Vüqar Bayramov reallıqda əmlak bazarında olan vəziyyəti şərh edib:

“Bizim apardığımız monitorinqlər göstərir ki, bu sektorda yalnız kirayə bazarında qiymət artımları müşahidə edilir. Bu da yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır. Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var. Amma, bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir”.

Ekspert hesab edib ki, daşınmaz əmlak və eləcə də torpaq bazarında alıcı problemi qalmaqdadır:

“Tələb yenə də aşağıdır və təklif, demək olar, dəyişməyib. Tələb, alıcılıq qabiliyyəti və eləcə də bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın