Şənbə , Dekabr 5 2020
Ana səhifə / Media / Kinematoqrafçılar İttifaqının katibinə Xəzər TV də vəzifə verildi

Kinematoqrafçılar İttifaqının katibinə Xəzər TV də vəzifə verildi

Xəzər Televiziyasında Bədii Şura yaradılıb. Şuraya bir çox nüfuzlu şəxslər daxil edilib. Yaradılan şuraya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev də daxil edilib. Bu barədə Azinforum.az-a İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ayaz Salayevlə yanaşı, Xəzər Televziyasının prezidenti Şamxal Həsənlinin sədrlik etdiyi şurada, ümumilikdə 12 nəfər təmsil olunur. Bunlar millət vəkilləri Elman Nəsirov, Nizami Cəfərov, Elmira Axundova, Novruz Aslan, Qüdrət Həsənquliyev, yazıçı-publisist Həmid Herisçi, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı, kulturoloq, professor Fuad Məmmədov, Xalq artistləri Həmidə Ömərova və Nazpəri Dostəliyevadır.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …