Cümə , Oktyabr 7 2022
Ana səhifə / Media / “Kimlərsə orda-burda deyib ki, mən…“ – Amaşov əsəbləşdi

“Kimlərsə orda-burda deyib ki, mən…“ – Amaşov əsəbləşdi

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sədirlikdən istefa verməsi haqda yayılmış informasiyaya aydıblıq gətirib.

Azinforum.az Əflatun Amaşovun açıqlamasını təqdim edir:  

– Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam.

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır. 

Həmçinin oxuyun

Mətbuat Şurası sədrinin müavinləri seçilib – FOTO

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib. İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. …