Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Kiflənmiş qatıq, pendir yeyib zəhərlənənlər var

Kiflənmiş qatıq, pendir yeyib zəhərlənənlər var

Bu il yanvarın 1-dən iyulun 1-dək qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin mədə-bağırsaq şöbəsinə 71 nəfər müraciət edib. Virtualaz.org saytı xəbər verir ki, bunu mərkəzin mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva bu gün keçirilən tədbirdə söyləyib.

Baş infeksionist deyib ki, müraciətlərin 13-ü botulism, 395-i isə mədə – bağırsaq pozulması ilə bağlı olub. Qida zəhərlənməsi ilə müraciət edənlər arasında ölüm olmayıb.

Şöbə müdiri kiflənmiş qatıq, kiflənmiş lavaş, pendir və digər köhnə ərzaq yediyi üçün zəhərlənənlər olduğunu da qeyd edib.

G.Babayeva qarpızdan zəhərlənmələr ilə bağlı sualları da cavablandırıb. “Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır”, – həkim deyib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın