Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23 faiz artıb

Kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23 faiz artıb

2017-ci ildə kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23 faiz artıb. Belə ki, 2016-cı ildə şirkətlərə orta hesabla 9,5 milyon dollar zərər dəymişdisə, cari il bu göstərici 11,7 milyon dollaradək artıb.

Xezerxeber.az məlumat verir ki, bu məlumat “Accenture” və “Ponemon Institute”un araşdırmalarında yer alıb. Həmçinin bildirilib ki, son 5 ildə kiberhücumlardan dəymiş zərərin həcmi 62 faiz artıb.

Bu məlumatlar 254 təşkilat üzrə IT və kibertəhlükəsizlik sahəsində çalışan 2 mindən çox əməkdaş arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanır. Toplanmış məlumatlar əsasında mütəxəssislər müəyyənləşdiriblər ki, şirkətlərə qarşı ildə orta hesabla 130 kiberhücum həyata keçirilir. Bu göstərici 2016-cı illə müqayisədə 27,4 faiz çoxdur. Kiberhücumlar maliyyə və energetika sahəsində işləyən şirkətlərə ciddi zərər vurur. Bu sahələrdə orta illik zərərin həcmi müvafiq olaraq 18,28 və 17,2 milyon dollara yaxınlaşır.
Ölkələr üzrə aparılmış təhlilə əsasən, hakerlər ABŞ şirkətlərinə daha çox zərər vururlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …