Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Keşləni “Şanxay”a bənzədən küçənin qatarı… –  VİDEO, FOTOLAR

Keşləni “Şanxay”a bənzədən küçənin qatarı… –  VİDEO, FOTOLAR

Nizami rayonundakı Keşlə qəsəbəsində “Şanxay” adlanan ərazidə illərdir təhlükəli vəziyyət hökm sürür. Bu gecəqonduların bir addımlığından dəmiryol xətti keçir. 
Gün ərzində 3-4 dəfə qeyri-müəyyən saatda keçən yük qatararı insanların həyatı üçün təhlükə yaradır. Yüzlərlə ailə təhlükə altında olsa da, sakinlər burada yaşamağa məcburdurlar. Bu barədə dəfələrlə mətbuatda yazılar dərc olunsa da, “Şanxay”da bu qorxunc mənzərə dəyişməz olaraq qalır.
Son illər köçürülmə ilə bağlı xəbərlər yayılsa da, hələlik işin icrasına başlanılmayıb.
Qocalar, uşaqlar, əsasən də məktəblilər hər gün bu ölüm yolu ilə hərəkət edirlər. Yol ensiz olduğundan hərəkət etmək üçün məhz qatar relslərinin üstünə çıxmalısan. Bəzi küçələrdə isə qatar gələndə geri çəkilmək üçün məsafə belə yoxdur. Bir çox evlərin qapıları birbaşa relslərin üstünə açılır.
Ərazidə olduğumuz zaman yanacaq daşıyan qatarın heç bir xəbərdarlıq etmədən hərəkət etdiyini gördük. Qatar gələrkən relslərin üzərindəki avtomobillər, insanlar tez kənara çəkilməyə başladılar. Bəzi yerlədə vaqonlarla evlərin arasında bir qarış məsafə qalırdı. Bu səbəbdən də həmin vaxt evlərdə silkələnmə olur və divarlar çatlayır.
Əhalinin dediyinə görə, hətta bir dəfə vaqon qəzaya uğrayaraq bir evi uçurub. Xoşbəxtlikdən, evdə heç kim olmayıb. Burada kiçik bir qəzanın baş verməsi onlarla insanın ölümü deməkdir.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.








Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın