Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / “Kaspi” qəzeti gündəlik nəşrini dayandırdı

“Kaspi” qəzeti gündəlik nəşrini dayandırdı

Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi” qəzetinin fəaliyyəti dayandırılıb. Qəzetdə 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist çalışıb.

Qeyd edək ki, “Kaspi” qəzetinin təsisçisi Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.

Xatırladaq ki, “Kaspi” qəzeti bu ilin əvvəlində KİVDF-nin maliyyələşdirilməsindən kənarda saxlanılmışdı. Təsisçinin, habelə Əli Həsənovun müraciətlərindən sonra qəzet nəşrini davam etdirib.

Qəzetin baş redaktoru İlham Quliyev qəzetin maliyyə çətinlikləri yaşadığını, lakin tamamilə fəaliyyətini dayandırmadığını deyib: “Kaspi” qəzeti bağlanmır, sadəcə bundan sonra həftədə bir dəfə nəşr olunması nəzərdə tutulur. Bu günə kimi gündəlik çıxırdıq. Sentyabrdan etibarən gündəlik nəşr olunmayacağıq. Çox güman ki, həftədə bir dəfə – şənbə günləri nəşr olunacağıq”.

İlham Quliyev qəzetdə kütləvi ixtisarların getməsi haqda məlumata da münasibət bildirib: “Bizim kollektivdə 22 işçi var, onlardan 3-4-ü ilə yollarımızı ayırmağa məcbur olduq. Ancaq digər işçilər fəaliyyətini davam etdirir.

Sadəcə bildiyiniz kimi, yanvar ayından bəri KİVDF bizə maliyyə ayırmır və bu səbəbdən maliyyə sıxıntılarımız yaranıb. Həm də çap mediası yerini internet mediaya verib Bu baxımdan da internet saytımızın fəaliyyətini davam etdirir, hazırda da daxil olub görə bilərsiz ki, fəaliyyətimizi dayandırmamışıq”. AzPolitika.info

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …