Ana səhifə / Media / “Karqo Şamil” jurnalisti prokurorluğa çağırtırdı

“Karqo Şamil” jurnalisti prokurorluğa çağırtırdı

Demokrat.az saytının baş redaktoru Vasif Həsənli prokurorluğa çağırılıb. 
V.Həsənli Criminal.az saytına bildirib ki, dünən özünü Azad Əliyev kimi təqdim edən şəxs zəng edib Yasamal rayon Prokurorluğuna dəvət edib. Bildirib ki, “Karqo Şamil”in şikayəti əsasında dindiriləcək. “Karqo Şamil” bu vaxta kimi bir neçə dəfə demokrat.az saytında barəsində getmiş tənqidi yazıların silinməsini tələb edib. Görünür buna nail ola bilmədiyindən barəmdə prokurorluğa şikayət edib.  V.Həsənli hesab edir ki, prokurorluğa çağırılması ona təzyiq etmək üçün edilir: “Dəfələrlə demişəm, əgər yazılarımla bağlı kiminsə narazılığı varsa, məhkəmə müstəvisində problemini həll etsin”. 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …