Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Media / Kanalizasiya suları Nabran çimərliyinə axıdılır

Kanalizasiya suları Nabran çimərliyinə axıdılır

Yay turizmi, çimərlik mövsümü artıq başlayıb.
Xaçmazın Nabran meşə massivi, Nabran çimərliyi yayda on minlərlə yerli və xarici turisti özünə maqnit kimi cəlb edir. Burada normal istirahət üçün ilk baxışda hər şey var – dəniz, bol günəş, təmiz hava, səs-küydən uzaq sakit təbiət, meşə, saysız-hesabsız istirahət və əyləncə mərkəzləri, kottec və otellər, iaşə obyektləri…
İlk baxışda hər şey mükəmməldir. Amma problemlər də yox deyil. Onlardan ən böyüyü Nabran çimərliklərindəki ekoloji və sanitar durumdur. Daha konkret desək, çimərliyin kanalizasiya suları ilə çirkləndirilməsi.
Məsələ burasındadır ki, kanalizasiya suları və çirkab tullantılar birbaşa Nabran meşələrindən dənizə tökülən çaylara axıdılır. Bu da çimərlikdə dəniz suyunu olmazın dərəcədə çirkləndirir.
Virtualaz.org saytının fotoreportyorunun müşahidələrinə görə, həm istirahət mərkəzlərinin, həm də yaşayış evlərinin tullantıları, kanalizasiya suları çoxsaylı çaylar vasitəsilə birbaşa dənizə axıdılır.
Bundan başqa yerli sakinlərin mal-qarası da çimərlik ərazisini özünə məskən edib. Yüzlərlə baş mal-heyvanın yatağa çevirdiyi dəniz sahili istirahət guşəsindən çox üfunət qoxuyan peyinli arxaca bənzəyir.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın