Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Media / Kanalizasiya quyuları niyə açıq qalır? – “Azərsu”dan münasibət

Kanalizasiya quyuları niyə açıq qalır? – “Azərsu”dan münasibət

Sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı uşağın kanalizasiya quyusuna düşüb ölməsi Bakıda kanalizasiya qapaqlarının açıq olması məsələsini aktuallaşdırıb.

Qaynarinfo.Az bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllıya müraciət edib.

Anar Cəbrayıllı bildirib ki, Qala kəndi kanalizasiya xətti ilə təchiz olunmayıb:”Bakı kənarı kəndlərdə hələ kanalizasiya xətləri çəkilib, başa çatdırılmayıb. Qala kəndində də uşaq ola bilsin ki, əhalinin özünün çəkdiyi kanalizasiya quyusuna – “şomba”ya düşüb”.
A.Cəbrayıllı bildirib ki, “Azərsu”nun qazdığı kanalizasiya quyularının qapaqları müxtəlif səbəblərdən açılır:”Bəzən bu qapaqları oğurlayırlar, bəzən ağır tonnajlı maşınların üstündən keçməsi nəticəsində qapaqlar sınır. Bizim qurunmun əməkdaşları gün ərzində reydlər aparır, harada belə hallar görsələr aradan qaldırırlar. Amma bəzən diqqətdən kənrada qalan quyular da olur. Biz bununla bağlı əhaliyə də müraciət edirik ki, harda kanalizasiya quyusunun açıq qaldığını görsələr, “955 Qaynar xətti”nə müraciət etsinlər”.

Həmçinin oxuyun

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.  Belə ki, …

Bir cavab yazın