Bazar , Oktyabr 2 2022
Ana səhifə / Media / “Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi

“Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi

Baş Prokurorluq “Kanal 13” adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq “Kanal 13” adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Həmçinin oxuyun

Media Reyestri bu tarixdə fəaliyyətə başlayacaq – VİDEO

Oktyabrdan Media Reyestri fəaliyyətə başlayacaq.