Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Kəlbəcərdə baş verən faciənin təfərrüatları – Hadisə şahidləri danışır – VİDEO

Kəlbəcərdə baş verən faciənin təfərrüatları – Hadisə şahidləri danışır – VİDEO

2 gül əvvəl Kəlbəcərdə hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində 2-si media işçisi olmaqla, 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən faciə baş verdi. Sıradakı xəbərimizin qəhrəmanları həmin hadisənin canlı şahidləridir. Söhbət Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyevdən gedir. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb.  Hazırda onun səhhəti normaldır.

Onlar bir neçə gündən əvvəl baş vermiş dəhşətli hadisənin canlı şahidləridir. Hadisənin şokundan hələ də ayılmayıblar.

Azərbaycan televiziyasının rejissoru Emin Məmmədov və ”Azərtac”-ın fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə hərbi avtomobilin minaya düşməsi nəticəsində 3 nəfərin ölümü ilə nəticələnən faciənin təfərrüatlarını bizimlə bölüşüblər.

Emin Məmmədovun sözlərinə görə, həmin yol istifadədə olduğundan orada minanın olacağını heç kim gözləmirmiş. Emin Məmmədov qeyd edib ki, partlayışdan sonra avtomobildən düşüb dərhal digər şəxslərin sağ qalıb-qalmamasını yoxlayıb.

Emin Məmmədov hadisə nəticəsində xəsarət alıb. O hazırda səhhətinin stabil olduğunu bildirib.

Azəraycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyev bildirib ki, çəkiliş qrupu iki maşınla hərəkət edirmiş. Relyef mürəkkəb olduğundan onların olduqları avotmobil həmin hissəyə qalxa bilməyib.

Emin Məmmədov və Rəşad Mehdiyev şəhid olan media içilərinin qəbrini bugün ziyarət ediblər. Xatırladaq ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki üzvü – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …