Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Kərəm Həsənov Naftalanda vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Naftalanda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 avqust 2016-cı il tarixində Naftalan şəhərində vətəndaş qəbul keçirib. Qurumun mətbuat xidmətindən Azinforum.az-a bildiriblər ki, qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Müraciətlərin bir hissəsi daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi özəlləşdirməyə çıxarılmış dövlət əmlakının, icarə əsasında istifadə etdiyi daşınmaz əmlak obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müraciət edib. Pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi məslələri ilə bağlı müraciətlər də bildirilib.
Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması vacib olan müraciətlər isə qeydiyyata alınıb.
Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi tədbirlərindən söz açan komitə sədri Azərbaycanda böyük özəlləşdirmə prosesinə start verildiyi, özəlləşdirmə prosesinin sürətləndirilməsində mühüm yeniliklərin və müasir yanaşmaların tətbiqini vurğulayıb. Qeyd olunub ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq həyata keçirilir. Bildirilib ki, komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesini reallaşdırmaq üçün uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Daha səmərəli, operativ və şəffaf özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması məqsədilə komitə tərəfindən əhəmiyyətli addımların atıldığı, yeni Özəlləşdirmə Portalının yaradıldığı və investorların, vətəndaşların və maraqlı tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, artıq komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılacağı bildirilib.
Komitə sədri, eyni zamanda, qəbulda diqqətə çatdırıb ki, özəlləşdirmə prosesində mühüm yenilik kimi Özəlləşdirmə portalı üzərindən onlayn məsləhət almaq imkanları da yaradılıb. Bu yenilik vasitəsilə istənilən yerli və ya xarici investor, fiziki və ya hüquqi şəxs özəlləşdirmə ilə bağlı istənilən sualı Komitəyə ünvanlaya və qısa zamanda ətraflı məlumat ala bilir. Eyni zamanda, oxşar hüquqi məsləhət xidmətləri də daşınmaz əmlakın qeydiyyatı sahəsində də göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımlardan faydalana bilər.
Qəbulda vətəndaşlara göstərilən xidmətlərdə rahatlıq, şəffaflıq və əlçatanlıq prinsiplərinin gücləndirilməsi məqsədilə həyata keçirilən sosial layihələrin əhəmiyyəti də qeyd olunub. Məmnunluğun artırılması məqsədilə Bakı və regionlarda “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin intensiv həyata keçirildiyi, elektron, onlayn və SMS xidmətlərin əhalinin aktiv istifadəsində olduğu vurğulanıb.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb. Qarşıdakı dövrdə də respublikanın regionlarında belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcəkdir.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın