Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / “Kəfənli aksiyaçılar” Mədət Quliyevlə də görüşdülər

“Kəfənli aksiyaçılar” Mədət Quliyevlə də görüşdülər

Ötən həftə Baş Prokurorluğun qarşısında”kəfənli” aksiya keçirən narazı vətəndaşlar fevralın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) qarşısına toplaşıblar.

“ Azinforum.az ” azadliq.org-a istinadən xəbər verir ki, DTX-nin rəisi Mədət Quliyevlə görüşmək istəyən şikayətçilər bu məqsədlə səhər saat 8-dən gözlədiklərini, nəhayət, axşam saat 18.00 radələrində Mədət Quliyevin onları qəbul etdiyini deyirlər. Bu barədə görüşdə iştirak edən vətəndaşlar deyiblər ki, təxminən üç saat davam edən görüşdə vətəndaşların hər biri onları narahat edən problemi diqqətə çatdırıblar.

Eyni zamanda, məmur özbaşınalığı, qanunların pozulması ilə bağlı şikayətlərə müvafiq qurumların, vəzifəli şəxslərin laqeyd münasibətindən gileyləniblər. Mədət Quliyev də öz növbəsində qaldırılan hər bir problemin araşdırılacağını bildirib.

İndiyədək həmin şikayətçilər Baş Prokurorluq, Prezident Administrasiya qarşısında etirazlar keçiriblər. Baş Prokurorluq isə ötən həftə həmin yaydığı açıqlamada həmin işlərin ya məhkəmə icraatında olduğunu, ya da araşdırma aparıldığını bildirirdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın