Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Jurnalistlər binası” qarşısında yol nişanları quraşdırıldı -FOTOLAR

“Jurnalistlər binası” qarşısında yol nişanları quraşdırıldı -FOTOLAR

“Jurnalistlər binası”nın qarşısında dayanacaq nişanları quraşdırılıb.

Musavat.com-un məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, “Bibiheybət yolu”nda vətəndaşların gediş gəlişini asanlaşdırmaq üçün 125 nömrəli marşrut xəttinin sxemi dəyişdirilib və “Jurnalistlər binası”nın qarşısından keçməsi üçün şərait yaradılıb:

“Burada avtobusların dayanması üçün yol nişanları quraşdırılıb, gələcəkdə dayanacaq məntəqələrinin quraşdırılması da həyata keçiriləcək”.
M.Ağayev qeyd edib ki, bu yolda sürət həddi yüksək olduğundan piyada zolaqlarının çəkilməsi mümkün görünmür:

“Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə araşdırma apararaq yerüstü piyada keçidinin çəkilməsi ilə bağlı təklif hazırlayıb. Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan təklif təsdiq olunub”.

Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar bu gündən (fevralın 3-dən) yenilənmiş sxem üzrə hərəkət edir. Bu marşrut xətti üzrə 125 nömrəli avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edirlər.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …