Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Jurnalistlərə bu il mənzillər veriləcək? – AÇIQLAMA

Jurnalistlərə bu il mənzillər veriləcək? – AÇIQLAMA

Jurnalistlərə bu il Milli Mətbuat günündə 3-cü binanın təhvil verilib-verilməyəcəyi məlum deyil. 

Medianın İnkişafı Agentliyinin rəsmisi İlkin Nadirov məsələ ilə bağlı hər hansı yeniliyin olmadığını bildirib.

O, deyib ki, üçüncü binanın paylanması ilə bağlı hər hansı yenilik yoxdur. Hər hansı yeni məlumat olarsa, ictimaiyyətə bu barədə informasiya veriləcək. 

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbə və 255 mənzildən ibarətdir. Jurnalistlər üçün tikilən 3-cü bina ilə bağlı məsələ hələ də tam aydınlaşmayıb. Bina hazır olsa da, mənzillərin jurnalistlərə nə zaman və hansı şərtlərlə veriləcəyi açıqlanmır. Bundan əvvəl tikilən iki binadakı mənzillər 22 iyul Milli Mətbuat günü ərəfəsində jurnalistlərə təqdim olunub. 

Xatırladaq ki, ötən ilin iyun ayında KİV DF-nin əvvəlki rəhbərliyinin vaxtında görülən işlərlə bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi açılıb.

İddia olnur ki, 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi pandemiyann yaratdığı epidemioloji vəziyyətdən başqa, həm də əvvəlki binalarla bağlı yaranan problemlərə görə ləngiyir.
Bizim.Media

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …