Cümə axşamı , May 13 2021
Ana səhifə / Media / Jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur – Elşad Hacıyev

Jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur – Elşad Hacıyev

Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyi ilə bağlı AZƏRTAC-ın sorğusunu cavablandırarkən deyib.

E.Hacıyev bildirib: “Kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər. Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində “PRESS” yazılan gödəkçə geyinmələrini tövsiyə edirik”.

Həmçinin oxuyun

İlham Əliyev Şuşada jurnalistlərlə görüşdü

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi …