Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Media / Jurnalistlərin media reyestrində qeydiyyat prosesi necə olacaq? – AÇIQLANDI

Jurnalistlərin media reyestrində qeydiyyat prosesi necə olacaq? – AÇIQLANDI

Yeni hazırlanan “Media haqqında” qanun layihəsinə əsasən, jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə media reyestrinin formalaşdırılması nəzərdə tutulub. Reyestrə daxiledilmə könüllülük prinsipi əsasında həyata keçiriləcək. 

Bunu Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

S.Şəfiyeva bildirib ki, adları media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsi veriləcək: “Vahid jurnalist vəsiqəsi əldə edənlərə güzəştlərin edilməsi və müəyyən imtiyazların verilməsi nəzərdə tutulub”.

Reyestrə daxil olmaq üçün ali təhsil və minimum 3 il əmək stajı tələb edilir.

Həmçinin oxuyun

Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatdı

Fələstin-İsrail münaqişəsinin başlamasından Qəzza zolağında 61 jurnalist həlak olub. Bu barədə məlumatı Jurnalistlərin Müdafiə Komitəsi …