Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Jurnalistlər Sumqayıt şəhərində ağac əkdi -FOTOLAR

Jurnalistlər Sumqayıt şəhərində ağac əkdi -FOTOLAR

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 27 aprel 2019-cu il tarixində keçirilən aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın təbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

ETSN yazağacəkmə aksiyalarında istirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.M

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …