Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / “Jurnalistlər poliklinikası yaradılsın” — TƏKLİF

“Jurnalistlər poliklinikası yaradılsın” — TƏKLİF

“Mətbuatın 145 illiyi ərəfəsində bəlkə “Jurnalistlər poliklinikasının və ya “Jurnalistlər klinikası“nın yaradılması üçün də dövlətə müraciət olunsun?!”

Demokrat.az xəbər verir ki, bu təkliflə tanınmış telejurnalist Rüstəm Əbülfətoğlu çıxış edib. O bildirib ki, “Hər halda bu gün Azərbaycan mediası böyük bir ordudur və sənayedə minlərlə jurnalist çalışır. Üstəlik onların özləri qədər də tibbi qayğıya ehtiyacı olan ailə üzvləri vardır…

Məncə bu, pandemiya şəraitində azad sözün real mühafizəsi və jurnalistlərin sağlamlığının qorunması istiqamətində dünya üçün də Azərbaycan hökumətinin növbəti nümunəvi sosial layihələrindən olar”.

P.S Bu sadəcə bir təklif və təşəbbüsdür. İstənilən jurnalist təşkilatı bu ideya ilə müraciət hazırlamaqda tam sərbəstdir. Əsas nəticədir!

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …