Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Media / Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı

Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Azərbaycan Mətbuat Şurasından verilən məlumata görə, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.

Həmçinin oxuyun

Xəzər TV-nin şef redaktoru vəzifəsindən istefa verdi

Xəzər Televiziyasının şef redaktoru vəzifəsindən ayrılıb. Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın xəbərlər departamentinin şef …