Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Media / Jurnalistikadan mətbuat xidmətinin rəhbəri vəzifəsinə gedənlər…

Jurnalistikadan mətbuat xidmətinin rəhbəri vəzifəsinə gedənlər…

Ekspertlər bildirirlər ki, jurnalistikadan mətbuat xidmətinin rəhbəri vəzifəsinə gedənlər, öz işlərini daha peşəkar icra edirlər

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib. Belə ki,  CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı bu qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Xanım jurnalist 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.

 

 

Günay Yelmarqızı ile ilgili görsel sonucu

Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

Ä°lgili resim

Eyni zamanda ötən həftə Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsinə  Elnur Kələntərli təyin olundu. Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.

Son zamanlar müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinə məhz mətbuatda, televiziyada uzun müddət çalışmış, peşəkar  jurnalistlər təyin olunurlar. Media mütəxəssisləri bildirirlər ki, mətbuat bilən adamların bu vəzifəyə təyin edilmələri müsbət haldır. Jurnalistlər arasında keçirilən sorğulardan da belə aydın olur ki, mətbuatda Mətbuat xidmətinin rəhbəri vəzifəsinə gedən şəxslər öz işlərində daha məsuliyyətli olub, jurnalistlərin zənglərinə cavab verib, sorğularını qısa müddətdə cavablandırırlar.

“Yeni Müsavat” mətbuat və televiziyadan müxtəlif qurumların mətbuat xidmətlərinə keçənlərin bir neçəsinin karyera yolunu diqqətinizə çatdırırıq.

Ä°lgili resim

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.1991-93-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-94) işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Mais Ağayev ile ilgili görsel sonucu

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışıb. “Carçı region”un aparıcısı olub.

Akif Təvəkküloğlu ile ilgili görsel sonucu

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. İlk olaraq “Molla Nəsrəddin” jurnalında çalışıb, sonra isə karyerasını televiziyada davam etdirib. 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Ä°lgili resim

Avtomobil Yolları Dövlət Agentliyinin  mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra  1 il  ANS şirkətlər qrupuna işə düzəlib və “İç xəbər” verilişində müxbir kimi çalışıb. Ancaq sonradan aparıcı kimi də fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə isə müəyyən problemlər səbəbindən ANS-dən uzaqlaşıb və “Bürc FM” radiosunda işə düzəlib. Əvvəl “Bürc FM”də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada “Xəbərlər” proqramı fəaliyyətə başlayıb və 2-3 saatdan bir efirə çıxıb. Bir müddət sonra isə “Xəzər” telekanalı yarandığından fəaliyyətini burada davam etdirib, kanalda xəbərlərin aparıcısı olub. 2015-ci ildən hazırda Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.

Orxan Mansurzadə ile ilgili görsel sonucu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu vəzifəyə qədər “And”, “Millət”, “Avrasiya”, “Naxçıvan” qəzetlərində müxbir və şöbə müdiri vəzifələrində çalışıb. 1995-ci ildən Daxili İşlər Nazirliyinin mətbuat xidmətində işləyir.

Ä°lgili resim

Maliyyə Nazirliyinin Mətbuat katibi Mais Piriyev müxtəlif vaxtlarda “AzərTAc”, “Assa-İrada” agentlikləri, eləcə də “AZİSFOR” Sorğu Mərkəzi və “ELS” Müstəqil Araşdırmalar Mərkəzində çalışıb. 2002-2005-ci illərdə Yeni Azərbaycan Partiyasının mətbu orqanı – “Yeni Azərbaycan” qəzetində siyasət şöbəsində müxbir, 2005-2007-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qəzet-Jurnal departamentində müxbir, 2007-2009-cu illərdə şirkətin Ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsində mütəxəssis, 2010-cu il yanvar-noyabr aylarında isə İctimai Teleradionun saytı-www.itv.az-ın redaktoru vəzifələrində çalışıb. 2010-cu il noyabr ayından Maliyyə Nazirliyinin Mətbuat katibi vəzifəsində çalışır.

Anar Cəbrayıllı ile ilgili görsel sonucu

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı 1998-ci ildən jurnalistikadadır. “Avrasiya”, “Azernews” qəzetlərində işləyib. 2001-ci ilin oktyabrından 2011-ci ilin mart ayına qədər ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, baş aparıcı-redaktor, iqtisadiyyat şöbəsinin müdiri, İqtisadiyyat verilişinin şef-redaktoru vəzifələrində çalışıb. 2011-ci ilin martından “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Cəsarət Valehov ile ilgili görsel sonucu

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov AMEA-nın fəlsəfə, Siyasi və Hüquq Tədqiqatlar İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Teleradio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb. İctimai Televiziyanın “Elm və Təhsil verilişləri” departamentinin direktoru olub.

Səmayə Məmmədova ile ilgili görsel sonucu

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova “Space” televiziyasında işə başlayıb. 5 il televiziyada işləyib. Daha sonra isə Nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub. Bu günə qədər isə bu vəzifədədir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Aparıcı canlı yayımda infarkt keçirdi – VİDEO

Türkiyədə teleaparıcı canlı yayımda infarkt keçirib. Belə ki, Eskişəhərdəki yerli televiziyalardan birində çalışan Şükrü Oytanın …