Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / Jurnalist Yelena Sidorenko da namizədliyini geri götürdü

Jurnalist Yelena Sidorenko da namizədliyini geri götürdü

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Yelena Sidorenko (Eyvazlı) namizədliyini geri götürüb.

Bu barədə onun özü açıqlama yayıb.

Jurnalist təəssüflə bildirib ki, namizədliyini geri çəkmək məcburiyyətində qalıb:

“Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.

Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu, bizdə alındı.

Lakin ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq, seçki kampaniyamızı dayandırmağa qərar verdik.

Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.

Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək”.

Jurnalist sonda bildirib ki, əlavə şərh və detallar barədə ona müraaciət olunmasın: “Biz tarix yazdıq, elə tarix olaraq qalsın”.

Xatırladaq ki, son günlər 100-dənçox namizəd seçki yarışından geri çəkilib. Onların arasında deputat Hacı Salayev, Yurrdaş Partiyasının sədri Mais Səfərli və digər tanınmış namizədlər də var.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …