Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Jurnalist Tatyana Çaladze vəfat edib.

Jurnalist Tatyana Çaladze vəfat edib.

Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlpə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə Əməkdar jurnalist adı verilib.

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …