Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Media / Jurnalist Röya Rəfili Almaniyadan deportasiya olundu, Bakıda “Atletlər kənd”inə yerləşdirildi

Jurnalist Röya Rəfili Almaniyadan deportasiya olundu, Bakıda “Atletlər kənd”inə yerləşdirildi

Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

Pravda.az xəbər verir ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polisləri onu hava limanına aparaıb və bir qrup azərbaycanlı ilə bərabər bu gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız “Atletlər kənd”inə aparılıb. “Atletlər kəndi”ndən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız covid-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri “Yeni Müsavat” qəzeti olub. Musavat.com

Həmçinin oxuyun

Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan …