Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Media / Jurnalist Rauf Talışinski dəfn edildi

Jurnalist Rauf Talışinski dəfn edildi

Bakıda Təzəpir məscidində keçirilən vida mərasimindən sonra jurnalist Rauf Talışinski “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R.Talışinskinin yaxınları ilə yanaşı dostları, mətbuat və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Xatırladaq ki, ötən gün respublikanın əməkdar jurnalisti, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.

1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində çalışıb. “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan – 1990-cı ildən “Ayna-Zerkalo” qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu “Exo” qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük xidmət göstərib.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …