Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Jurnalist Namiq Həsənov hansı xarici kəşfiyyata işləyir?

Jurnalist Namiq Həsənov hansı xarici kəşfiyyata işləyir?

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada işləyən və müxtəlif KİV-lərlə əməkdaşlıq edən azərbaycanlı jurnalist Namiq Həsənovun xarici kəşfiyyat xidmətlərinə casusluq etdiyindən şübhələnir. Bu barədə N.Həsənov özü haqqin.az və virtualaz.org saytlarının müxbiri ilə söhbətində bildirib.

N.Həsənov deyir ki, son səkkiz ildə müxtəlif Rusiya və Azərbaycan KİV-ləri ilə əməkdaşlıq edib, 2016-2018-ci illərdə “Report” agentliyinin xüsusi müxbiri olub. Bakıya növbəti səfərindən qayıdarkən Rusiya-Azərbaycn sərhədində məlum olub ki, FTX onun casusluqda şübhəli bilindiyinə dair məktub göndərib. Polis mayoru bildirib ki, ğz praktikasında FTX-dən cəmi iki belə məktub alıb. Onlardan biri məşhur kriminal avtoritet barədə olub.

Namiq Həsənovu Azərbaycan tərəfə qaytarıblar və xəbərdarlıq ediblər ki, Rusiyaya qayıtsa dərhal həbs olunacaq.

Baş verənləri hansısa anlaşılmazlıq hesab edən jurnalist FTX rəhbəri, general A.Bortnikovun adına məktub göndərib. Lakin cavab məktubunda FTX heç nəyi izah etməyib. Amma cavab məktubunun özü jurnalisti əmin edib ki, onun Rusiyaya buraxılmaması anlaşılmazlıq deyil və bu ölkəyə girişi bağlanıb.

Qeyri-rəsmi kanallardan məlum olub ki, FTX jurnalistin dəfələrlə xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə təmaslar qurmasından şübhələnir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …