Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Media / “Jurnalist işləmək üçün ali təhsil vacib deyil” – Elçin Şıxlı

“Jurnalist işləmək üçün ali təhsil vacib deyil” – Elçin Şıxlı

“Jurnalistika təhsili almamaq fəaliyyət göstərməyimizə heç bir maneə törətmirdi”. 

Bunu Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalist, tanınmış media eksperti Elçin Şıxlı deyib.

O, jurnalist həmkarı Turan İbrahimovun jurnalistika peşəsi haqnda söylədiyi fikrə rəy bildirib.

Xatırladaq ki, İbrahimli saytımıza açıqlamsında “bu sahədə elə peşəkar jurnalistilərimiz var ki, onların jurnalistik təhsili yoxdur. Azərbaycan universitetlərində jurnalistikanın tədris etmə metodikası köhnəlib, hətta deyə bilərəm ki, lazımsızdır” deyib.

E.Şıxlı belə davam edib:

“Pedaqoji cəhətdən bir şey deyə bilmərəm, çünki həmin metodikanı bilmək üçün dərs demək lazımdır. 10-15-il bundan öncə universitetdə dərs keçdiyimə görə hazırda hansı metodika ilə necə dərs keçildiyi barədə məlumatım yoxdur.

Qaldı ki, təhsilsiz jurnalistin necə işləməyinə, bu mövzuda çox yaxşı bir misal çəkə bilərəm. “Ayna-Zerkalo” qəzetində işlədiyim zamanlar 150 nəfər işçi var idi. 70 nəfər müxbirdən cəmi 3 nəfəri jurnalistika ixtisası üzrə ali təhsili almışdı. Özüm də daxil olmaqla digərlərinin jurnalistika təhsili yox idi.

Ancaq bu bizim jurnalist kimi fəaliyyət göstərməyimizə heç bir maneə törətmirdi. Çünki hər kəs biri-birinə yazı qaydasının, üslubunun öyrənməsinə kömək edirdi. Burdan belə başa düşmək olar ki, praktikadan çox şey asılıdır”.

Ekspert qeyd edib ki, “universitetdə jurnalistikanın tarixini, qiymətli yazılarını öyrədə bilərlər, lakin biz yenidən ali təhsilli bir jurnalisti işə götürdükdə ona düzgün yazmağı öyrədirdik.

Son olaraq belə bir nəticə ala bilərik ki, ali təhsil olmasa belə jurnalist, praktika keçərək gələcək zamanlarda öz işində peşəkar ola bilər”.

Həmçinin oxuyun

“Yeni yol çəkiblər, təklif edirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar”

“Aztelekom” və “Baktelecom”un yeni qiymət siyasəti: yeni yol çəkiblər, amma təklif edirlər ki, bu yolda …