Ana səhifə / Media / Jurnalist İlkin Məmmədli azadlığa buraxıldı

Jurnalist İlkin Məmmədli azadlığa buraxıldı

Xarici pasport almaq üçün müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən Bakıda saxlanılan jurnalist İlkin Məmmədli iki sutkadan sonra heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Kavkazski uzel” portalına hüquq müdafiəçisi Samirə Ağayeva bildirib.

Onun sözlərinə görə, Məmmədlinin üzərindən Azərbaycanı tərk etməməsi ilə bağlı qadağanın götürülməsi məsələsi açıq olaraq qalır.

İlkin Məmmədli

Virtualaz.org daha öncə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrə istinadən xəbər vermişdi ki, İlkin Məmmədli DİN əməkdaşları tərəfindən “ASAN Xidmət”in binasında xarici pasport almaq üçün müraciət edərkən saxılanılmışdı. İ.Məmmədli qaçaqmalçılıqda şübhəli bilinirdi.

İlkin Məmmədli DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılırdı.

“İlkin deyir ki, onu təfərrüatların araşdırılması məqsədilə saxlamışdılar, belə ki, hələ üç il əvvəl barəsində ölkəni tərk etməmək haqqında qərar qəbul edilmişdi. O zaman onu Nardaran hadisələri ilə bağlı 22 sutka inzibati həbsdə saxlamışdılar. Lakin yoxlama zamanı müəyyən edilib ki. şəxsən ona qarşı heç bir cinayət tərkibi yoxdur, şübhəli, yaxud ittiham olunan şəxs statusunda deyil. Son nəticədə, onu buraxıblar, lakin Azərbaycanı tərk etməməsi ilə əlaqədar qadağa məsələsi açıq qalır”, – Ağayeva qeyd edib.

Azərbaycan DİN-də məsələ ilə bağlı şərh verməyiblər və işlə bağlı məlumatın olmadığını bildiriblər.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …