Şənbə , İyul 20 2019
Ana səhifə / Media / Jurnalist İlham Məmmədzadəyə yeni iş təklifləri gəldi

Jurnalist İlham Məmmədzadəyə yeni iş təklifləri gəldi

Uzun müddət media və PR sahəsində çalışan İlham Məmmədzadə aldığı yeni iş təkliflərini dəyərləndirir.

Bu barədə Moden.az-a danışan İ.Məmmədzadə təkliflərin dövlət və özəl sektordan olduğunu deyib:

“Hazırda dincəlirəm. Bir neçə təklif var, onları dəyərləndirirəm. Dövlət və ya özəl sektor olaraq düşünürəm. Təbii ki, yeni işim PR-la bağlı olacaq. Bəzən bizim qurumlar iş təklifində PR nəzərdə tutur, amma tələb etdikləri yalnız mətbuat katibi funksiyalarıdır. Düşünürəm bir şirkətin ictimaiyyətə tanıdılması və sevdirilməsi istiqamətində bir PR mütəxəssisi olaraq bacardıqlarımı etdim. Məncə bu, məndə alındı”.

Hər zaman jurnalistlərlə dost münasibətində çalışmağa üstünlük verən İ.Məmmədzadə yenidən onlarla birlikdə olacağını vurğulayıb.

İlham Məmmədzadə 2007-2008-ci illərdə “Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və “Ekspert” jurnalinda analitik kimi çalışıb. 2000-2010 illər ərzində “Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.
2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildən 2014-cü il yanvarın 14-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2014-cü ildən 2019-cu ilədək isə “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub.

Həmçinin oxuyun

Qulu Məhərrəmli: “Efir adamları ölkə üçün həssas mövzulara ehtiyatla yanaşmalıdır”

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlinin TRT-də yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində 6 …