Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Jurnalist İlham Əliyevdən atasının əfv edilməsini xahiş etdi – Müraciət

Jurnalist İlham Əliyevdən atasının əfv edilməsini xahiş etdi – Müraciət

Jurnalist, RealMedia.az saytının baş redaktoru, Ramin Məhəmmədoğlu atasının əfv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. O, müraciətində yazır:

“Möhtərəm Prezident!

Xalqımız əziz bayramlarımızı insan amilinə önəm verən təşəbbüslərinizlə, humanist qərarlarınızla əlamətdar edəcəyinizə artıq adət edib. Məhz bayram və əlamətdar günlər ərəfəsində Siz Ümummilli liderimiz Heydər Əliyevin humanist siyasətinin davamçısı olaraq əfv fərmanları imzalayır, həyatda yanlış addım ataraq həbs cəzasına məhkum olunmuş vətəndaşlarımıza azadlıq bəxş edir, anaların göz yaşlarını silir, ata-ana yolu gözləyən uşaqlara sevinc bəxş edirsiniz. Bizim ailə də çox ümid edir ki, “Cümhuriyyət ili” elan etdiyiniz 2018-ci ildə xeyirxahlığınızdan bizə də pay düşəcək. İntizarını çəkdiyimiz ixtiyar yaşlı atam Qurbanov Məhəmməd Rəşid oğlu mənim tənqidçi jurnalist kimi fəaliyyətimin güdazına gedib. O, hazırda Xəzər rayon, Binə qəsəbəsində 17 saylı Cəzaçəkmə Müəssisəsində məhkum həyatı yaşayır. Mən Ağcabədi rayon Təhsil Şöbəsinin fəaliyyətində 897,0 min manat dövlət vəsaitinin mənimsənilməsinə rəvac verildiyini aşkara çıxardığıma görə, bundan narahat olan vəzifəli şəxslər tərəfindən atam şərlənərək CM-nin 182.1-ci maddəsi ilə 3 il müddətində azadlıqdan məhrum edilmişdir. Düzdür, onun həbsinin təfərruatları ilə bağlı Sizə çoxsaylı müraciətlər etmişik. Ona görə də detalları bir daha üzün-uzadı yazıb qiymətli vaxtınızı almaq istəmirəm.

Qeyd etmək istəyirəm ki, atamın həbs olunması 1 ili mart ayının 6-da tamam olur. Yəni, həmin tarixdə ona verilən cəzanın 3/1 hissəsi arxada qalmış olacaq. Ona görə də Sizdən xahiş edirəm ki, atamı əfv edib ona verilən cəzanın yerdə qalan hissəsini bağışlayasınız.

Başda ailəmizin ağsaqqalı – atam olmaqla, Cümhuriyyətin 100 yaşını doğma ocağımızda tam tərkiblə bayram etmək, hamılıqla builki prezident seçkilərində iştirak etmək və Ulu Öndər Heydər Əliyev kursunun davamına səs vermək istəyirik. Bizi arzumuza yetirin”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …