Ana səhifə / Media / Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi keçiriləcək

Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi keçiriləcək

Xəbər verildiyi kimi, Ukraynada yaşayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 28-də Kiyev şəhərində qəflətən vəfat edib. 

Cebhe.info-nun məlumatına görə, martın 30-da Kiyev vaxtı ilə saat 12:00-da İdrak Camalbəyli ilə vida mərasimi keçiriləcək. 

Bu barədə İdrak bəyin yaxın dostu İlqar Hüseyn özünün “Facebook” səhifəsində paylaşım edib. 

Qeyd edilir ki, vida mərasimi Kiyev şəhərinin “Mixaylovski” meydanında keçiriləcək. Sonra mərhum jurnalist dəfn edilmək üçün yola salınacaq. 

İdrak Camalbəylinin Bakı şəhərində, doğmalarının yanında torpağa tapşıralacağına dair məlumat yayılmışdı.

Qeyd edək ki, İdrak Camalbəylinin nəşi Kiyevdən Bakıya yola salınacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …