Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Jurnalın növbəti sayı Özbəkistan prezidentinə həsr olunacaq

Jurnalın növbəti sayı Özbəkistan prezidentinə həsr olunacaq

Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər” («Исторические Личности») jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olmuşdur.

Redaksiya heyətinin yekdil rəyi ilə Özbəkistanın inkişafında, ölkənin imicinin beynəlxalq aləmdə yaxşılaşmasında, Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyeyev seçilib.

Bununla əlaqədar rus dilində işıq üzü görəcək “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı bütünlüklə Özbəkistan Respublikası və onun prezidentinə həsr olunacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …