İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.
“İctimai televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı:
№
Soyadı, adı, atasının adı
Hal-hazırda işlədiyi müəssisə
1
Abbasov Rauf Müzəffər oğlu
Gəncə regional fövqəladə hallar və
mülki müdafiə şöbəsi, rəis müavini
2
Abbasov Səbuhi Mübariz oğlu
7news.az saytı, baş redaktor
3
Mehrəliyeva Şəfəq Akif qızı
ADA Universiteti, aparat rəhbəri
4
Mehtiyeva Rahilə İbrahim qızı
Elit informasiya agentliyi, MMC
baş direktor
5
Xəlilova Qərənfil Əli qızı
Hal-hazırda işsizdir
6
Qarayev Sadıq Qurban oğlu
AMEA Mərkəzi Nəbatat
Bağı, elmi işçi
7
Qasımov Balakişi Ələkbər oğlu
İctimai Televiziya və Radio Yayımları
Şirkəti, baş direktorun müavini