Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “İstisu” sanatoriyası nöqsanlara görə bağlandı

“İstisu” sanatoriyası nöqsanlara görə bağlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bölgələrdəki istirahət mərkəzlərində yoxlamalara başlayıb.

Komitə Nefçala rayonu, Xıllı şəhər tipli qəsəbəsində yerləşən, iş adamı Həsənov Camal Saleh oğluna məxsus olan “İstisu” müalicəvi istirahət mərkəzində yoxlama keçirib.

Bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər.

Xəbərdə deyilir ki, müəssisədə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (isti su) istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Araşdırma zamanı məlum olub ki,   müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisənin Səhiyyə Nazirliyi tərəfindən  lisenziya verilməyib.

Müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə xidmət göstərilir. Müəssisədə müalicəvi məqsədlər üçün müraciət edən şəxslərin müayinə olunması üçün həkimin olmadığına görə, xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir.

Müəssisədə müalicəvi isti su adı ilə istifadə edilən suyun kimyəvi tərkibini təsdiq edən sınaq protokolu və ya hər hansı bir rəy və vanna qəbul etmə qaydaları barədə hər hansı bir təlimat yoxdur. Vannalarda verilən suyun temperatur rejiminə nəzarət edilmir.

Müəssisənin iaşə xidmətləri göstərilən sahəsində də bir sıra ciddi möqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal texnoloji təlimat və reseptura olmadan aparılır, məhsulların istehsalında istifadə olunan xammalın uyğunluq və gigyenik sertifikatları yoxdur, məhsulların saxlanılması zamanı mal qonşuluğuna əməl olunmadan ət, süd məhsulları bir yerdə saxlanılır.

Müəssisədə verilən qazan yeməkləri də əvvəlcədən hazırlanaraq soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Məhsulların sınaqlarının aparılması üçün müəssisədə laboratoriya mövcud deyil və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və məhsulların sınaqları barədə protokollar yoxlamaya təqdim edilməyib.

Yoxlama nəticəsində müəssisədə xidmətlərin göstərilməsi qadağan edilib.

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın