Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İsti hava nə qədər davam edəcək? – Nazirlikdən açıqlama

İsti hava nə qədər davam edəcək? – Nazirlikdən açıqlama

“Hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti yanvar ayı üçün xarakterikdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda, eləcə də rayonlarda qeydə alınan havanın temperaturu əvvəlki illərdə də müşahidə edilib:

“Havanın temperaturu hazırda 10-13 dərəcə arasındadır. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də davam edəcəyi gözlənilir. Hava yağmursuz olacaq, gecə və səhər saatlarında duman müşahidə ediləcək, temperatur gündüz saatlarında 15 dərəcəyə qədər yüksələcək”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın