Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Mənzillərin qeydiyyatı ilə bağlı – Yenilik

Mənzillərin qeydiyyatı ilə bağlı – Yenilik

Gəncə və Şəkidə evlərin və digər daşınmaz əmlakların elektron kadastr məlumat bazası yaradılıb.

Dövlət Əmlak Komitəsindən verilən məlumata görə, “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi Azərbaycan və Almaniya hökumətləri arasındakı müqavilə çərçivəsində həyata keçirilib.

Layihəyə 2013-cü ildən start verilib. Layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.

Bununla daşınmaz əmlakın kadastrı və qeydiyyatında elektron idarəetmənin və vahid bazanın formalaşmasına start verilib.

Layihə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb.

Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar – ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır.

Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub.

Bununla da həyata keçirilən layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.

Layihə sayəsində, ilk növbədə, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar – onların yeri, koordinatları və ölçüləri müasir texnologiyalar vasitəsilə dəqiqləşib. Bununla da indiyədək mövcud olmuş anlaşılmazlıqlar və qeyri-dəqiqliklər aradan qalxacaq.

Əhalinin əmlak sənədlərinin öyrənilməsi nəticəsində daşınmaz əmlakın sənədləşdirilməsinin hansı səviyyədə olduğu müəyyən ediləcək. Bu isə Gəncə və Şəki əhalisi üçün sənədləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək.

Artıq həmin bölgələrdən sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – faktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətlər edə bilərlər.

Qeydiyyat idarələri ilə yanaşı, vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı suallarını komitənin rəsmi internet səhifəsi, komitə və DƏDRX-in çağrı mərkəzləri vasitəsilə də ünvanlaya bilərlər.

Bundan əlavə, “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində Facebook səhifəsi də yaradılıb.(səhifənin adı – Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatına dəstək).

Vətəndaşlar bu səhifəyə müraciət etməklə də əmlakın qeydiyyatı ilə bağlı ətraflı məlumat ala bilərlər. Bununla yanaşı, layihə zamanı toplanan məlmatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində bir sıra çətinliklərin həllinə kömək edəcək.

Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək, qeydiyyata sərf olunan vaxt azalacaq, məlumatların dəqiqliyi təmin olunacaq. Nəticədə əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artacaq.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın