Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / İsmayıllıda səhiyyə biabırçılığı… – VİDEOŞİKAYƏT

İsmayıllıda səhiyyə biabırçılığı… – VİDEOŞİKAYƏT

İsmayıllı səhiyyəsinin acınacaqlı durumu haqqında hələ xeyli əvvəllər cumhuriyyet.az olaraq bir sıra faktları təqdim etməklə silsilə yazılar dərc etmişik. Burada dövlət xəstəxanası adına bir şey olmadığını bu gün də isbatlamağa hazırıq. Bəli, statusu dövlət statusludur, ancaq burda açıqca alver gedir, müəssisə bir qrup müftəxor tərəfindən bazar qaydaları ilə idarə olunur. İsmayıllı xəstəxanasına dövlət tərəfindən ayrılmış dərmanlar mənimsənilir, çox hissəsi gəlib rayona çatmır. Hələ bir qədər əvvəl cumhuriyyet.az-ı bilgiləndirən mənbə qeyd edirdi ki, dövlət tərəfindən ayrılmış dərman pereparatlarının pulu Bakıda depolardan nağd şəkildə alınaraq mənimsənilir. Rayona gələn dərmanlar apteklərdə satdırılır. Şəkərli diabet xəstələri üçün ayrılmış dərmanlar tam şəkildə sahiblərinə çatdırılmayaraq apteklərə verilir. Ankoloji xəstələr burada çox incidilir. Xəstəxananın ərzağı evlərə daşınır.
Bütün baş verənlər haqqında dəfələrlə dövrü mətbuatda yazılar dərc edilsə də rayonun hüquq-mühafizə orqanları baş verənlərə göz yumaraq, əksinə bu müəssisəni müdafiə etməklə məşğul olublar. Məlumdur ki, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri bu müəssisədən yararlanırlar. Bu faktı xəstəxananın baş mühasibi Rafiq Ağayev heç də gizlətmir. Rafiq Ağayev dəfələrlə qeyd edib ki, KİV-in dərc etdiyi yazı-pozular bizlərin vecimizə də deyil: “Biz bütün işlərimzi əlaqədar qurumlarla anlaşma şəraitində qurmuşuq. Özünüzü yormayın, bu yazdıqlarınıza görə polis, prokurorluq və sair orqanlar bizi narahat etməyəcəklər”. Bu deyim belə anlama gəlmirmi ki, Rafiq Ağayev demək istəyir ki, biz polisin, prokurorluğun haqqını veririk, ona görə də bizə gözün üstə qaşın var deyən olmayacaq? Bəzi oxucularımıza belə gələ bilər ki, bu necə baş verə bilər? Əvvəla rayon xəstəxanasında bütün sahələr üzrə yeyintilərin, mənimsəmələrin baş verməsini bilmək üçün burada baş həkim, müavinləri və baş mühasibin həyat şəraitinə, yaşadıqları lüks evlərə, sürdükləri komfortlu avtomobillərə diqqət yetirmək kifayət etmirmi? Bu adamlardan soruşmaq lazımdır ki, sizin aylıq əmək haqqınız cəmisi 180-200 azn-dir. Bəs dəyəri yüz minlərlə ölçülən daşınmaz əmlakı haradan, hansı imkanlar hesabına əldə etmişsiniz? Məsələn, Rafiq Ağayevdən soruşmaq lazımdır ki, bahalı avtomobilləri, bir neçə yerdə evləri, rayon ərazisindəki ticarət nöqtələrini nə ilə əldə etmisən? Zəhmət olmasa baş mühasib açıqlama versin. Əgər o, bu haqda açıqlama vermək istəyərsə biz cumhuriyyət. az olaraq məmuniyyətlə onun fikirlərini dərc edərik. Rafiq Ağayev haqqında onunla çiyin-çiyinə uzun illərdir işləyən həmkarları bilirsiniz nə deyir? Onlar söyləyirlər ki, baş mühasib İsmayıllı xəstəxanasını, rayonda səhiyyəyə aid bütün sahələri sümürərək özünə yüksək şəraitli həyat qurub və əldə etdiklərinin hamısını bu cür əyri yollarla yaradıb. Mənbə qeyd edir ki, əgər xəstəxananın maliyyə sənədləri ciddi şəkildə araşdırılsa burada olduqca, xeyli şəkildə qanun pozuntuları aşkarlanar və gərək baş mühasib bir neçə illik istirahətə getməli ola. Xəstəxananın cərrahiyyə şöbəsində baş verənlərdən güya heç kimin xəbəri yoxdur? Kimi burada pulsuz əməlliyyat edirlər? Doğum şöbəsində baş verən özbaşnalıqlar haqqında nə əcəb xəstəxana rəhbərliyi məlumatlı deyil? Bütün baş verənləri yaxşı bilirlər. Hər gün şöbə müdürləri rəhbərliyə haqq verirlər. Hər bir döğuma görə, hər bir cərrahi əməliyyata görə baş həkim və sairlərinin haqqı var. Bunu gecikdirənlər, verməkdən imtina edənlərin başına elə baş mühasib Rafiq Ağayev azmı oyunlar açıb deyərək mənbə bildirir.
Cumhuriyyət. az olaraq qeyd etmək istəyirik ki, əvvəlki yazılarımızda xəstəxananın təsərrüfat işləri üzrə müdür müavini Ataş Bədəlovla bağlı yazılarımıza elə onun özündən reaksiya gəldi. Biz bu təklifi yüksək dəyərləndirərək növbəti yazılarımızda onun fikirlərini dinləyib qeyd edəcəyik. Ancaq hələlik mövcud məsələlər üzərində fikirlərimizi möhkəmləndirmək istəyirik. Yeri gəlmişkən İsmayıllı rayon sakini Vüqar Süleymanovun bu günlərdə rentgen müayinəsi üçün həyat yoldaşından alınan 15 manat pulun hansı şəraitdə geri qaytarılmasını da sübut edəcək materialı da növbəti yazımızda dəyərli oxucularımızın diqqətinə təqdim edəcəyik. Bəli, İsmayıllı səhiyyəsinin özü ağır xəstəliyə düçar olub və uzun illərdir ki, bu xəstəlikdən qurtula bilmir. Onu bu xəstəliyə Rafiq Ağayev yoluxdurub. Çünki baş həkimlər bir müddət işləyib gediblər. Xəstəliyin mənbəyi olan virus isə müalicə olunmayıb. Onun təcili müalicəyə ehtiyacı var. İsmayıllıdan bir qrup ictimai fəal təklif edir ki, ölkə prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsinə Rafiq Ağayevin fəaliyyətinin yoxlanılması üçün müraciət olunsun. Fəallar qeyd edirlər ki, Rafiq Ağayev hansı fitri istedada, hansı əlahiddə bilik və ağıla sahibdir ki, insanların çətin həyat sürdüyü dönəmdə bu adam lüks həyat sürür, pula-pul demir, ən bahalı istənilən layihələrdə adı hallanır? Məncə olduqca haqlı və yerində olan tələbdir. Lazımdır ki, bu suala yetərincə cavab verilsin. Bu müraciəti dəyərli oxucular yaxın günlərdə televiziya və bir sıra kiv vasitələri ilə edəcəklərini bildirirlər. Biz isə hələ ki, bu məsələni ciddi şəkildə təftiş etməklə məşğuluq. Belə hallar yol verilməzdir. Çünki ölkədə müharibə gedir və şanlı ordumuza hər cür dəstək lazımdır. Rafiq Ağayevin qaranlıq yollarla əldə etdikləri ilə Azərbaycan ordusunun silah arsenalına xeyli sayda silah-sursat alıb təqdim etmək olar.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir. Video müsahibəni təqdim edirik.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın